Azərbaycanın qadın güləşçisi Mariya Stadnik “Paris-2024” Yay Olimpiya Oyunlarında 1/4 final görüşünə çıxıb.
Caspian Energy Media Milli Olimpiya Komitəsinin mətbuat xidmətinə istinadla xəbər verir ki, 50 kiloqram çəki dərəcəsində çıxış edən dördqat olimpiya mükafatçısının budəfəki rəqibi monqolustanlı Otqonjarqal Dolqoryav olub.
Görüş 4:4 hesabı ilə başa çatsa da, rəqib sonuncu xal prinsipinə əsasən qələbə qazanıb. Dolqoryav finala çıxsa, güləşçimiz bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılacaq.