Понедельник, 29 Июль 2024 10:13

Dominqes ikiqat Olimpiya çempionunu məğlub edib

Azərbaycanın boks millisi Paris-2024 Yay Olimpiya Oyunlarında mübarizəyə başlayıb. 28 iyul tarixində ilk təmsilçimiz rinqə çıxıb.

Caspian Energy Media Gənclər və İdman nazirliyinə istinadən xəbər verir ki, 92 kq çəkidə çıxış edən Alfonso Dominqes ilk döyüşünü keçirib. Tokio-2020-nin bürünc mükafatçısı yarışa 1/8 finaldan başlayıb. Xulio Sesar la Krusla (Kuba) qarşılaşan idmançımız inamlı qələbə qazanıb. O, ikiqat Olimpiya çempionunu məğlub edib.

Dominqes 1/4 finalda qazaxıstanlı Aybek Oralbayla üz-üzə gələcək. Görüş avqustun 1-də olacaq.

Daha ətraflı

Read 156 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ