Пятница, 26 Июль 2024 15:53

Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb

İyulun 26-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli Azərbaycan və Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 8-ci iclası ilə əlaqədar ölkəmizdə səfərdə olan Serbiyanın mədəniyyət naziri, Hökumətlərarası Komissiyanın Serbiya tərəfindən həmsədri Nikola Selakoviçlə görüşüb..

Caspian Energy Media mədəniyyət nazirliyinə istinadla xəbər verir ki, söhbət zamanı mədəniyyətin müxtəlif sahələri üzrə geniş əməkdaşlıq formatı müzakirə edilib. Həmçinin bu ilin noyabr ayında ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində iqlim dəyişikliyinin mədəniyyət sahəsinə təsiri, habelə ətraf mühitin qorunmasında mədəniyyətin rolu məsələləri ilə bağlı müzakirələr aparılacağı diqqətə çatdırılıb.

Daha ətraflı

Read 151 times

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ