Среда, 29 Май 2024 13:21

Bağçam Uşaq Bağçaları Şəbəkəsi LEF Network Azerbaijan layihəsi çərçivəsində işgüzar səfərdə iştirak edir

Bağçam Uşaq Bağçaları Şəbəkəsi 26 may - 2 iyun tarixlərində LEF Network Azerbaijan layihəsi çərçivəsində baş tutacaq işgüzar səfərə qatılıb. Bu barədə Bağçam Uşaq Bağçaları Şəbəkəsinin əməliyyat direktoru Xalidə Rzayeva bildirib.

Qeyd edək ki, səfər çərçivəsində Caspian Energy Club üzvləri Latviya, Estoniya və Finlandiyanı ziyarət edəcək. Səfərdə iştirak edəcək Xalidə Rzayeva Caspian Energy Media-ya səfərdən gözləntiləri barədə məlumat verib. Onun sözlərinə görə, Latviya ,Estoniya və Finlandiyanın təhsil sistemi ilə daha yaxından tanış olmaq planlaşdırılır. Eyni zamanda təcrübə mübadiləsi həyata keçirərək Azərbaycanda uşaq bağçalarında yeni innovativ metodları tətbiq etmək səfərin əsas məqsədidir. “Bəzi təhsil müssəsilərə ilə müəyyən işbirliyi yaradmağı da düşünürük”, - Bağçam Uşaq Bağçaları Şəbəkəsinin əməliyyat direktoru Xalidə Rzayeva bildirib.

Xatırladaq ki, Caspian Energy Club International European Union Central Baltic proqramı tərəfindən yaradılmış LEF Network Azerbaijan layihəsinin rəsmi tərəfdaşı seçilib. 3 illik LEF Network Azerbaijan layihəsi Azərbaycan, Latviya, Estoniya və Finlandiya arasında iqtisadi əməkdaşlığı inkişaf etdirmək məqsədi daşıyır. Keçən il start verilən layihə yaxın 3 il ərzində yaşıl texnologiyalar, informasiya texnologiyaları və təhsil sahəsində çalışan şirkətlərə dəstək olacaq. Bu layihə çərçivəsində Finlandiya, Estoniya və Latviyanın şirkətləri ilə Azərbaycan arasında 36 ay ərzində İKT, yaşıl texnologiyalar və təhsil sahələrində müqavilələrin imzalanması planlaşdırılır. Layihənin aparıcı tərəfdaşları sırasında Latviyanın Ticarət və Sənaye Palatası, Estoniyanın Ticarət və Sənaye Palatası və Finlandiyanın Satakunta Tətbiqi Elmlər Universiteti kimi qurumları yer alıblar.

Read 586 times Last modified on Четверг, 30 Май 2024 06:45

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ