Среда, 22 Май 2024 10:24

Şahin Bağırov Caspian Energy Club üzvləri ilə görüşdü

Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov Caspian Energy Club üzvləri ilə keçirilən B2G Forum-da iştirak edib. Bu barədə Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman  Əliyey bildirib.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov xarici ticarət iştirakçıları ilə işgüzar,  dayanıqlı əməkdaşlığın qurulması istiqamətində atılan addımlar barədə məlumat verib. Bildirilib ki, tətbiq edilən yeniliklərin səmərəliliyinin artırılması, gömrük sahəsində qarşıya çıxan məsələlərin operativ şəkildə həll edilməsi baxımından biznes nümayəndələri ilə açıq, şəffaf dialoqun qurulması, onların təklif və rəylərinin öyrənilməsi mühüm əhəmiyyət daşıyır.

B2G Forum çərçivəsində Dövlət Gömrük Komitəsinin əməkdaşları tərəfindən Avtomatlaşdırılmış Risk Analizi Sisteminin (ARAS) tətbiqinin nəticələri, elektron hesab səhifəsi, gömrük dəyərin müəyyən edilməsi üsulları ilə bağlı məruzələr təqdim olunub.

Tədbirdə çıxış edən Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırova görüşə iştiraka və Klubun fəalliyətinə göstərdiyi daimi diqqət və dəstəyə görə dərin təşəkkürünü bildirib.

Daha sonra Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov B2G Forum-da iştirak edən şirkət nümayəndələrinin suallarını cavablandırıb və təkliflərini dinləyib.

Görüşün sonunda Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırova Fəxri üzvlük sertifikatını təqdim edib.  Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Şahin Bağırov tərəfindən görüşdə iştirak edən şirkətlərə üzvlük sertifikatları təqdim edilib.

Qeyri-rəsmi formatda davam edən networking hissəsində iştirakçılar üçün fikir mübadiləsi aparmaq imkanı yaradılıb.

 

Caspian Energy Club dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan Caspian Energy Club-un əsas məqsədi Azərbaycanda və Caspian Energy Club-un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan Caspian Energy Club mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Mənzil-qərargahı Bakıda yerləşən Caspian Energy Club-un əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. Klubun həmçinin Almaniya, BƏƏ, Böyük Britaniya, Çexiya, Estoniya, Finlandiya, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Latviya, Özbəkistan, Polşa, Türkiyədə rəsmi nümayəndəlikləri, habelə dünyanın müxtəlif ölkələrində səlahiyyətli nümayəndələri var.

Caspian Energy Club International 2023-cü ildə Caspian Energy Club-un beynəlxalq layihələrini idarə etmək məqsədi ilə yaradılmışdır. 5 il ərzində Caspian Energy Club International dünyanın 100 ölkəsində klubun fiziki ofislərini açmağı planlaşdırır. Caspian Energy Club International-ın əsas öhdəliklərindən biri nümayəndələrin təyin olunmadığı ölkələrdə klubun fəaliyyətini idarə etmək, eləcə də, bütün xarici nümayəndəliklər üçün ümumi strategiyanın formalaşdırılmasıdır. 

 

Read 551 times Last modified on Среда, 22 Май 2024 06:26

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ