Понедельник, 13 Май 2024 15:02

Sahibkarlar "INNOPROM" sərgisində

Caspian Energy Media AZPROMO-ya istinadla bildirir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Rusiya Federasiyasının Yekaterinburq şəhərində 2024-cü ilin 8-11 iyul tarixlərində keçiriləcək "INNOPROM” beynəlxalq sənaye sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edir.

Vahid ölkə stendində iştirak edəcək ixracatçıların maksimum sayı: 7 şirkət.

İştirakçılar müsabiqə əsasında seçiləcəkdir.

Sərginin əhatə etdiyi sahələr (məhsullar): yod, metallar və onlardan hazırlanan məmulatlar, nəqliyyat vasitələri, elektrik cihazları, IT və anbar saxlanc xidmətləri

Müsabiqənin təşkilatçısı: İqtisadiyyat Nazirliyi –  Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO.

Müsabiqə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 31 oktyabr tarixli 470 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında 3 iyun 2024-cü il tarixində AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları:

ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;

nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;

sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal;

Meyarların cəmi üzrə minimum keçid balı: 20 (iyirmi) bal.

Vahid ölkə stendində iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

Ərizə;

dəstək tədbirində iştirakla bağlı Şərtlər;

sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar;

son birillik dövriyyə və vergi borcu barədə vergi orqanından alınmış arayış və ya arayışlar;

bank hesabından çıxarış (ərizənin təqdim olunduğu əvvəlki 365 gün ərzində həyata keçirilmiş əməliyyatlar göstərilməklə).

Sənədlər aşağıdakı ünvan üzrə 24 may 2024-cü il tarixinədək təqdim olunmalıdır: Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Bakı Biznes Mərkəzi, Neftçilər pr. 32, Bakı, AZ1000.

Sərgi ilə bağlı ümumi məlumat üçün:

Rüstəm Oruclu

AZPROMO – İxracın təşviqi departamentinin İxrac bazarları ilə iş şöbəsinin aparıcı mütəxəssisi

Tel: (+994 12) 598 01 47/48 (daxili 36 42)

E-poçt: Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра.

Read 284 times Last modified on Понедельник, 13 Май 2024 11:05

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ