Пятница, 10 Май 2024 11:50

“AzerGold” QSC-nin yeni qızıl sikkəsi Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunub

Caspian Energy Media “AzerGold”-a istinadən xəbər verir ki, “AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) yerli qızıldan ən yüksək keyfiyyət hesab edilən 999.9 əyarda istehsal edilmiş yeni qızıl sikkə nümunəsini təqdim edib. Yeni sikkə Azərbaycanın unudulmaz tarixi şəxsiyyəti Ulu Öndər Heydər Əliyevin xatirəsinə xalqımızın ehtiramını əks etdirən Heydər Əliyev Fondunun yaradılmasının 20-ci ildönümünə həsr olunub.

20 qramlıq çəkidə istehsal edilmiş yeni qızıl sikkələr “AzerGold” QSC-nin Bakı şəhəri, Bülbül prospekti 3 ünvanında yerləşən satış və mübadilə mərkəzində və onlayn satış platforması - “www.azergold.gift” vasitəsi ilə alıcılara təqdim edilir.

Read 41 times Last modified on Пятница, 10 Май 2024 08:01
НОВОСТИ