Среда, 08 Май 2024 11:59

Bakıda PISA üzrə II ISESCO Nazirlər Konfransı keçiriləcək

Bakı 13 – 14 may tarixlərində PISA üzrə II ISESCO Nazirlər Konfransına ev sahibliyi edəcək.

Caspian Energy Media nazirliyə istinadən xəbər verir ki, Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutunun təşkilatçılığı, İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ISESCO) və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) tərəfdaşlığı ilə keçiriləcək beynəlxalq konfrans “PISA 2022 nəticələrinə dair icmal: qlobal və regional trendlər” mövzusuna həsr olunub.

Konfransda 30-a yaxın ölkədən 50-dən çox nümayəndə iştirak edəcək. 

Daha ətraflı: https://edu.gov.az/az/news-and-updates/21052-1

Read 43 times
НОВОСТИ