Super User

Super User

3 avqust 2024-cü il tarixində Dövlət İmtahan Mərkəzinin Elektron imtahanlar korpusunda (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 108) TOEFL iBT imtahanı keçiriləcək.

Caspian Energy Media DİM-ə istinadla xəbər verir ki,iştirakçılar imtahanın başlanmasına bir saat qalmışdan gec olmayaraq şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu ilə birlikdə imtahan binasının önündə olmalıdırlar.

İmtahan saat 09:00-da başlanır.

TOEFL iBT imtahanında iştirak etmək üçün 15 və daha aşağı yaş qrupuna aid olan uşaqlar imtahan binasına valideynləri ilə birlikdə gəlməlidirlər.

"Qarabağ"ın Çempionlar Liqasının 2024/25 mövsümündəki ikinci rəqibi müəyyənləşib. Qurban Qurbanovun yetirmələri III təsnifat mərhələsində “Lüdoqorets”lə qarşılaşacaq.

Caspian Energy Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Qarabağ”la “Lüdoqorets” arasında ilk oyun avqustun 6-da Bakıda keçiriləcək. Matç saat 20:00-da başlayacaq. Ayın 13-də Bolqarıstanda baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə saat 22:00-da veriləcək.

Dövlət İmtahan Mərkəzi 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün 2024-cü il avqustun 1-dən 8-dək ixtisaslaşma seçimi elan edir.

Caspian Energy Media xəbər verir ki, bu barədə DİM-in rəsmi səhifəsində paylaşım edilib.

Belə ki, boş qalan plan yerlərinə qəbul 11 fevral və 28 aprel 2024-cü il tarixlərində keçirilmiş qəbul imtahanının birinci və ya ikinci cəhdində toplanılmış ballar əsasında müsabiqə yolu ilə aparılır (müsabiqə şərtləri). Boş qalmış ixtisaslaşmaların seçiminə magistraturaya qəbul imtahanının birinci və ya ikinci cəhdinin (bəzi proqramlar üzrə həmçinin qabiliyyət imtahanının) nəticələrinə əsasən, müəyyən edilmiş minimal tələbləri ödəyən və ixtisaslaşma seçimində iştirak etmək hüququ qazanan bakalavrlar buraxılırlar.

Daha ətraflı

Bu gün Azərbaycanın daha bir idmançısı “Paris-2024” Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

Caspian Energy Media AZƏRTAC-a istinadla xəbər verir ki, cüdoçu Zelim Kotsoyev ilk görüşünü keçirəcək. 100 kiloqram çəki dərəcəsində çıxış edən son dünya çempionu 1/8 finalda Pyotr Kuçera (Polşa) - Tomas Briçeno (Çili) cütünün qalibi ilə qarşılaşacaq.

Bundan başqa, boksçu Alfonso Dominqes (92 kiloqram) 1/4 final görüşünə çıxacaq. Onun rəqibi qazaxıstanlı Aybek Oralbay olacaq.

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisi isə Olimpiadada növbəti oyunlarını keçirəcək. Ötən gün ABŞ seçməsini məğlub edərək qrupda ilk qələbəsini qazanan komandamız əvvəlcə Fransanı, ardınca isə Almaniyanı sınağa çəkəcək.

Qeyd edək ki, hələlik Azərbaycanın aktivində bir qızıl medal var. Cüdoçu Hidayət Heydərov (73 kiloqram) Olimpiya çempionu olub.

Четверг, 01 Август 2024 09:41

Azərbaycan nefti bahalaşıb

Dünya bazarında Azərbaycan nefti bahalaşıb.

Caspian Energy Media AZƏRTAC-a istinadla xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 2,25 dollar və ya 2,75 faiz artaraq 84,02 dollar olub.

Азербайджанский альпинист Исрафил Ашурлы успешно покорил вершину Гашербурум II (8035 метров), несмотря на плохие погодные условия.

Как сообщает Caspian Energy Media со ссылкой на Министерство молодежи и спорта, спортсмен при восхождении на гору не использовал баллон с искусственным кислородом.

Эта вершина, расположенная в горном массиве Каракорум, является 13-й по высоте в мире. Это покорение стало восьмой 8-тысячной вершиной И.Ашурлы.

Ранее, 10 июля наш альпинист поднялся на самую высокую вершину Западных Гималаев Нанга Парбат в Пакистане, без использования искусственного кислорода.

Bu ilin 23-25 avqust tarixlərində Moskva şəhərində “Moskvanın dadı” (“Вкус Москвы”) adlı beynəlxalq qastronomik festival keçiriləcək.

Caspian Energy Media AZPROMO-ya istinadla xəbər verir ki, tədbir çərçivəsində şərab və alkoqol məhsullarının təqdimatı və dequstasiyası təşkil olunacaq, şərabların müsabiqəsi keçiriləcək. Bundan başqa, festivala Rusiya və digər ölkələrin tanınmış restoranlarının nümayəndələrinin, qida və şərab mütəxəssislərinin qatılacağı gözlənilir. Festivala dair hazırlanan təqdimatla buradan tanış olmaq olar.

Festivalda iştirak etmək istəyən Azərbaycan sahibkarları aşağıdakı elektron poçt və ya telefon nömrəsi vasitəsi ilə əlaqə saxlaya bilərlər:

E-mail: Этот адрес электронной почты защищен от спам-ботов. У вас должен быть включен JavaScript для просмотра.

Tel: +7 925 488 20 88

ООО «AzInTelecom» Министерства цифрового развития и транспорта начало подготовительные работы по строительству двух новых дата-центров в Азербайджане. Будущие дата-центры получили сертификат «TIER 3 Design», который устанавливает международные стандарты качества по стабильности и надежности.

Сертификат, выданный организацией Uptime Institute в США, считается престижным международным сертификатом с точки зрения надежного обмена данными, стабильности и бесперебойного обслуживания.

Об этом сообщает Caspian Energy Media со ссылкой на официальный сайт “AzInTelecom”.

Подробнее

Azərbaycanlı alpinist İsrafil Aşurlı pis hava şəraitinə baxmayaraq, Qaşerburum II zirvəsini (8035 metr) uğurla fəth edib.

Karakorum dağ massivində yerləşən bu zirvə dünyanın 13-cü hündür zirvəsidir.

Caspian Energy Media Gənclər və İdman Nazirliyinə istinadla xəbər verir ki, bu fəth Aşurlının səkkizinci səkkizminlik zirvəsidir. İdmançı Dağa qalxan zaman süni oksigen balonundan istifadə etməyib.

Qeyd edək ki, alpinistimiz daha əvvəl, iyulun 10-da Nanqa Parbat zirvəsinə də süni oksigendən istifadə etmədən qalxmışdı.

 

Среда, 31 Июль 2024 15:48

Azərbaycan boksçusu 1/4 finala adlayıb

Paris-2024 Yay Olimpiya Oyunlarında boks turniri davam edir. Azərbaycan boksçusu Murad Allahverdiyev Olimpiadaya bu gün start verib.

80 kq çəkidə mübarizə aparan idmançımız 1/8 final görüşünə çıxıb. Abdelrahman Abdelqavvadla (Misir) döyüşən Allahverdiyev 5:0 hesabı ilə qələbə qazanıb. Bu barədə Caspian Energy Media Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.

 

ПОПУЛЯРНЫЕ
ВЫБОР РЕДАКЦИИ
НОВОСТИ