Thursday, 10 April 2025 10:38

Mədəniyyət naziri Adil Kərimli Bakıda qətərli həmkarı ilə görüşüb

Aprelin 10-da Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli ilə Qətər Dövlətinin mədəniyyət naziri Şeyx Əbdülrəhman bin Həməd əl-Tani arasında ikitərəfli görüş keçirilib. 

Qeyd edək ki, 10-13 aprel tarixlərində Bakıda Qətər Mədəniyyəti Günləri keçirilir. Bu münasibətlə dost ölkənin mədəniyyət nazirinin rəhbərliyi ilə geniş nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Söhbət zamanı iki ölkə arasında mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlığın perspektifləri müzakirə olunub. Sonda xatirə şəkilləri çəkdirilib. Bu barədə “Caspian Energy Media” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. 

Read 31 times

 

NEWS