Bu ilin yanvar-mart aylarında Azərbaycanda 749,4 kq qızıl, 1 135,9 kq gümüş istehsal edilib.
Qızıl istehsalı 2024-cü ilin ilk rübü ilə müqayisədə 75,3 %, gümüş istehsalı isə 35,3 % artıb. Bu ilin martın 1-nə olan məlumata görə, ölkədə 160,4 kq qızıl, 668,9 kq gümüş ehtiyatı yaranıb.
Bu barədə “Caspian Energy Media” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.