Friday, 24 January 2025 11:50

“AzerGold” QSC-də Türkiyənin Xarici İşlər Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib

Yanvarın 22-də “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov ölkəmizdə səfərdə olan Türkiyənin Xarici İşlər Nazirliyinin Qərbi və Mərkəzi Afrika Baş idarəsinin rəisi Şebnem Cenkin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

 “AzerGold” QSC ilə Türkiyənin dövlət və özəl dağ-mədən şirkətləri arasında Afrika qitəsində birgə əməkdaşlıq imkanlarının müzakirəsi məqsədilə təşkil edilən görüşdə Zakir İbrahimov “AzerGold” QSC-nin fəaliyyət sahələri üzrə əldə etdiyi nailiyyətlər, Səhmdar Cəmiyyətinin strateji planları və dağ-mədən sektorunun inkişafı istiqamətində görülən işlər haqqında danışıb.

Görüşün yekunu olaraq “AzerGold” QSC və Türkiyənin dövlət və özəl şirkətləri arasında Afrika qitəsində ortaq layihələrin həyata keçirilməsi məqsədi ilə əməkdaşlığın konkret istiqamətlərinin müəyyənləşdirilməsi üçün məsləhətləşmələrin aparılması barədə razılıq əldə edilib.

Bu barədə “Caspian Energy Media” “AzerGold”-a istinadən xəbər verir.

 

Read 24 times

 

NEWS