Friday, 27 December 2024 12:14

“Beynəlxalq ticarət” işçi qrupunun video-konfrans formatında iclası keçirilib

 

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Beynəlxalq ticarət” işçi qrupunun video-konfrans formatında iclası keçirilib.

İşçi qrupun rəhbəri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın Katibliyinin rəhbəri, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin İqtisadi islahatların monitorinqi, koordinasiyası və qiymətləndirilməsi sektorunun müdiri Vüsal Şıxəliyev və Sərhəddə ticarət üzrə dövlət xidmətlərinin səmərəliliyinin artırılması altqrupunun rəhbəri, Dövlət Gömrük Komitəsinin sədr müavini Natiq Şirinov, aidiyyəti dövlət qurumlarının və özəl sektor nümayəndələrinin iştirakı ilə keçirilən iclasda cari il ərzində görülmüş işlərə dair müzakirələr aparılıb.

İclasda Yol xəritəsində nəzərdə tutulan bəndlərin, “Business Ready” hesabatının “Beynəlxalq ticarət” indikatoru ilə bağlı İntensiv Kommunikasiya Planının icra vəziyyətinə dair təqdimatlar dinlənilib. Həmçinin hazırda yaradılmaqda olan “ticarət informasiya portalı” barədə iclas iştirakçılarına məlumat verilib. 

Bu barədə “Caspian Energy Media” İqtisadiyyat nazirliyinə istinadən xəbər verir.

 

Read 13 times

 

NEWS