Dekabrın 17-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov ilə ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikasının Baş Statistika İdarəsinin baş direktoru Nguyen Thi Huongun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
“Caspian Energy Media” xəbər verir ki, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Vyetnam Baş Statistika İdarəsi arasında “Statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Memorandumu Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov və Vyetnam Baş Statistika İdarəsinin baş direktoru Nguyen Thi Huong imzalayıblar.