Avropa Komissiyası 290 peykdən ibarət olan IRIS çoxorbitli peyk internet sisteminin hazırlanması üçün SpaceRISE konsorsiumu ilə razılaşma əldə etdiyini elan edib.
IRIS sistemi həm orta, həm də aşağı orbitlərin üstünlüklərindən istifadə edərək, özəl şirkətlərə və vətəndaşlara yüksək sürətli genişzolaqlı internet xidmətləri göstərəcək.
Bu barədə “Caspian Energy Media” “Anadolu” agentliyinə istinadən xəbər verir.