Wednesday, 11 December 2024 19:28

“Equinor” Azərbaycandakı aktivlərinin satışından 745 milyon dollar əldə edəcək

Norveçin “Equinor” şirkəti Azərbaycandakı aktivlərinin satışından 745 milyon ABŞ dolları əldə edəcək .

“Equinor” vurğulayıb ki, şirkətin 30 ildən çox əməkdaşlıq etdiyi Azərbaycan və Nigeriyadan çıxmasına səbəb olan sövdələşmələr müvafiq olaraq 29 noyabr və 6 dekabrda bağlanıb.

“Caspian Energy Media” xəbər verir ki, şirkət Azərbaycan və Nigeriyada hasilat aktivlərindən çıxmaq üçün ümumi dəyəri 2 milyard ABŞ dollarına qədər olan sövdələşmələri başa çatdırıb. Bu məbləğdən 745 milyon ABŞ dollarına şirkətin Azərbaycan portfelinin satışından əldə edəcəyi vəsaitdir. Nigeriya üzrə sövdələşmə 710 milyon ABŞ dollarına alış və şərti ödənişlər daxil olmaqla 1,2 milyard ABŞ dollarına qədər qiymətləndirilib

Read 101 times

 

NEWS