Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) nümayəndə heyəti Özbəkistan Respublikasının Daşkənd şəhərinə işgüzar səfər edib. Səfər çərçivəsində heyət Özbəkistan Elmi-sınaq və Keyfiyyətə Nəzarət Mərkəzinin (UzTest) nümayəndələri ilə görüşüb. Görüşün yekununda AZSTANDART ilə UzTest arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.
Bu barədə “Caspian Energy Media” Azərbaycan Standartlaşdırma İnstitutuna istinadən xəbər verir.