Friday, 06 December 2024 13:42

Muxtar Babayev GEF-in baş direktoru ilə COP29-un nəticələrini müzakirə edib

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Qlobal Ekoloji Fondun (GEF) baş direktoru Karlos Manuel Rodriges ilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) əldə edilən tarixi nəticələri müzakirə edib.

"Caspian Energy Media" xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

Məlumata görə, görüş Ər-Riyadda COP16 çərçivəsində keçirilib. Tərəflər, həmçinin iqlim maliyyələşdirilməsi, əməkdaşlığın gücləndirilməsi və torpaqların bərpası üzrə qlobal fəaliyyətlərin stimullaşdırılması və quraqlığa davamlılığın artırılması məsələlərini müzakirə ediblər.

Read 75 times

 

NEWS