Görüşdə Azərbaycanın investisiya imkanları barədə məlumat verilib, birgə təşəbbüslərin inkişaf etdirilməsi istiqamətində müzakirələr aparılıb.
İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Qars Ticarət və Sənaye Palatasının nümayəndə heyəti ilə görüş keçirilib. Görüş zamanı qarşılıqlı əməkdaşlıq perspektivləri, birgə təşəbbüslər və tərəfdaşlıq imkanları ətrafında geniş fikir mübadiləsi aparılıb.
Bu barədə “Caspian Energy Media” AZPROMO-ya istinadən xəbər verir.