Saturday, 16 November 2024 17:36

“Azərişıq” və “Qırğızıstan Milli Elektrik Şəbəkəsi" arasında Anlaşma Memorandumu imzalanıb

“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar ölkəmizdə səfərdə olan “Qırğızıstan Milli Elektrik Şəbəkəsi” ASC-nin rəhbəri Altınbek Rısbekov arasında görüş baş tutub.

“Caspian Energy Media” xəbər verir ki, görüş zamanı qurumlar arasında əməkdaşlıq perspektivləri, yaşıl enerjiyə keçid, yeni texnologiyalar ətrafında geniş fikir mübadiləsi aparılıb.

Tərəflər arasında baş tutan işgüzar görüşdə “Azərişıq” ASC və “Qırğızıstan Milli Elektrik Şəbəkəsi” ASC-nin rəhbərliyi arasında Anlaşma Memorandumu imzalanıb. Sözügedən sənəddə innovativ texnologiyalar, yaşıl texnologiyalar, rəqəmsal transformasiya və şəbəkələrin etibarlılığının, dayanıqlılığının artırılması mövzuları əksini tapıb. 

Read 8 times

 

NEWS