Wednesday, 30 October 2024 13:05

Muxtar Babayev boliviyalı həmkarı ilə iqlim fəaliyyətini və maliyyə məsələlərini müzakirə edib

COP29-un müəyyən edilmiş prezidenti, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev boliviyalı həmkarı Alan Lisperger Rosales ilə iqlim sahəsində əməkdaşlığı müzakirə edib.

“Caspian Energy Media” xəbər verir ki, bu barədə COP29-un "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.

“Kolumbiyada keçirilən COP16 çərçivəsində Muxtar Babayev və Alan Lisperger Rosales arasında baş tutan görüşdə tərəflər davamlı inkişafı dəstəkləmək üçün çoxtərəfli əməkdaşlıq və maliyyə həlləri vasitəsilə iqlim məqsədlərinin təşviqi məsələlərini müzakirə ediblər”, – məlumatda bildirilib.

Read 228 times Last modified on Tuesday, 29 October 2024 21:07

 

NEWS