Friday, 25 October 2024 13:30

Azərbaycan və Dünya Bankı COP29 çərçivəsində görüləcək işləri müzakirə edib

Azərbaycan Mərkəzi Bankı (AMB) və Dünya Bankı arasında noyabrın 11-22-də Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində görüləcək işlər müzakirə edilib.

“Caspian Energy Media” xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"İllik Toplantılar çərçivəsində növbəti görüş Dünya Bankının Əməliyyatlar üzrə icraçı direktoru xanım Anna Byerde ilə baş tutdu. Görüşdə ölkəmizin Dünya Bankı ilə əməkdaşlıq prioritetləri, COP29 çərçivəsində görüləcək işlər, gündəlikdə olan mühüm təşəbbüslər və Dünya Bankının bu istiqamətdə potensial dəstək imkanları ətrafında fikir mübadiləsi apardıq, - deyə o qeyd edib.

Read 280 times Last modified on Friday, 25 October 2024 09:57

 

NEWS