Wednesday, 16 October 2024 14:34

Mədəniyyət Nazirliyində xarici sirk rəhbərləri və mütəxəssisləri ilə görüş keçirilib

 Macarıstan, Rusiya və Belarusun məşhur sirklərinin rəhbərləri və mütəxəssisləri Azərbaycan tərəfinin dəvəti ilə ölkəmizdə səfərdədir. Səfərin məqsədi Bakı Dövlət Sirki ilə əməkdaşlıq əlaqələrinin qurulmasıdır. Oktyabrın 14-də Mədəniyyət Nazirliyində Bakıda qonaq olan sirk rəhbərləri və mütəxəssisləri ilə görüş keçirilib. 

Görüşdə Bakı Dövlət Sirki yaradıcı heyətinin xarici ölkələrin müvafiq təhsil ocaqlarında ixtisaslaşması məsələləri barədə də fikir mübadiləsi aparılıb. Sonda qonaqlarla xatirə şəkilləri çəkdirilib. Bu barədə “Caspian Energy Media” Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. 

 
 
Read 153 times Last modified on Wednesday, 16 October 2024 10:37

 

NEWS