Tuesday, 15 October 2024 10:26

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Kuala Lumpur şəhərinin meri ilə görüşüb

Malayziyada səfərdə olan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) sədri Fuad Muradov Kuala Lumpur şəhərinin meri xanım Maimunah Mohd Şarif ilə görüşüb.

Qonağı səmimi salamlayan mer bir neçə dəfə Bakıya səfər etdiyini, xalqımızın qonaqpərvərliyinə heyran olduğunu söyləyib, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) Malayziya rəsmilərinin dəvət olunmasına görə təşəkkürünü bildirib. O, Kuala Lumpur şəhərinin qədim hissəsini İçərişəhər kimi qorumaq üçün Bakının təcrübəsini öyrəndiklərini və tətbiq etmək niyyətində olduqlarını vurğulayıb.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.

Bu barədə “Caspian Energy Media” Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.

Read 281 times

 

NEWS