Monday, 07 October 2024 16:49

ARDNF-nin “Şahdəniz”in işlənməsindən gələn gəlirləri açıqlanıb

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağının işlənməsindən 364,465 milyon ABŞ dolları həcmində gəlir əldə edib.

Bildirilir ki, avqust ayı ilə müqayisədə sentyabr ayının göstəriciləri dəyişməyib, 2023-cü ilin eyni dövrünə nisbətən isə 818,535 milyon ABŞ dolları və ya 3,2 dəfə azdır.

Bu barədə “Caspian Energy Media” Fonda istinadən xəbər verir.

Read 299 times

 

NEWS