Friday, 27 September 2024 16:40

ABŞ-də yaşayan soydaşımız BMT-nin Baş Qərargahında keçirilən sammitdə iştirak edib

ABŞ-də  yaşayan soydaşımız, Amerika Universiteti Beynəlxalq Xidmət Məktəbinin Qlobal İdarəçilik, Siyasət və Təhlükəsizlik proqramının magistri, Florida ştatında Amerika Azərbaycan Gənclər Assosiasiyasının həmtəsisçisi Aydın Eminov cari ilin sentyabr ayında Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı Baş Qərargahında keçirilən “Gələcək naminə Sammit”də (Summit of the Future) iştirak edib.

Sammitin keçirilməsində məqsəd hamı üçün ədalətli gələcəyin təmini naminə davamlı inkişaf, sülh, iqlim dəyişikliyi və qlobal idarəetmə kimi məsələlərin həlli yollarının hazırlanması işinə maraqlı tərəflərin cəlbidir.

Bu barədə “Caspian Energy Media” Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir.

Read 7 times

 

NEWS