Friday, 27 September 2024 14:00

SOCAR-ın prezidenti Pakistanın ölkəmizdəki səfiri ilə görüşüb

26 sentyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Qasım Mohiuddin ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Pakistan arasında müxtəlif sahələrdə, o cümlədən enerji sektorunda əlaqələrin yüksələn xətt ilə inkişafından məmnunluq ifadə olunub.

Söhbət zamanı ölkələrimiz arasında enerji sektorunda əməkdaşlığın cari vəziyyəti nəzərdən keçirilib, həmçinin Pakistana maye təbii qaz (LNG) təchizatının davam etdirilməsinə, SOCAR-ın Pakistanda həyata keçirilən layihələrdə iştirakı imkanlarına dair məsələlər müzakirə edilib.

Bu barədə “Caspian Energy Media” SOCAR-a istinadən xəbər verir.

Read 355 times

 

NEWS