Thursday, 19 September 2024 17:40

Azərbaycan komandası "Teknofest"də yarışın qalibi olub

Türkiyənin Antalya şəhərində keçirilən "Teknofest" aerokosmik və texnologiya festivalında Azərbaycan komandası yarışın qalibi olub.

Gənclər və İdman Nazirliyinin dəstəyi ilə yarışda iştirak edən Azərbaycanın "Versetech" komandası "Teknofest 2024"ün final turunda “Psixologiyada texnoloji tətbiqlər” kateqoriyası üzrə 32 komandaya qarşı yarışıb. Yekun nəticələrə əsasən 76.88 xal toplayan komandamız birinci yerə layiq görülüb.

Bu barədə “Caspian Energy Media” Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.

Read 10 times Last modified on Thursday, 19 September 2024 13:45

 

NEWS