Wednesday, 11 September 2024 17:46

İqtisadi Şuranın növbəti iclası keçirilib

Bu gün İqtisadi Şuranın sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə qurumun növbəti iclasında 2025-ci və növbəti 3 il üzrə dövlət və icmal büdcələrinin layihələri müzakirə edilib.

Bu barədə “Caspian Energy Media” Nazirlər Kabinetinə istinadən xəbər verir.

2024-cü il 11 sentyabr tarixində Azərbaycan Respublikası İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhbərliyi ilə keçirilən iclasın gündəliyində 2025-ci və növbəti üç il üzrə dövlət və icmal büdcələrinin layihələri, dünya iqtisadiyyatının inkişaf meylləri, büdcə proqnozlarında istifadə olunan əsas fərziyyələr, mövcud iqtisadi vəziyyət və 2024-2028-ci illər üzrə yenilənmiş makroiqtisadi proqnozlar, büdcə qaydasının parametrləri üzrə hədəf göstəriciləri, 2025-2028-ci illərdə büdcə siyasətinin əsas istiqamətləri, Qarabağ və Şərqi Zəngəzurun yenidənqurulması və bərpası ilə bağlı xərclərin maliyyələşdirilməsi və Böyük Qayıdış Proqramının təmin edilməsi, Ortamüddətli Xərclər Çərçivəsi və nəticə əsaslı büdcə mexanizminin tətbiq olunduğu sahələr, makroiqtisadi və maliyyə sabitliyi sahəsində cari vəziyyət və siyasət istiqamətləri və digər cari məsələlər ətraflı müzakirə olunub.

Daha ətraflı

Read 237 times Last modified on Wednesday, 11 September 2024 13:54

 

NEWS