Wednesday, 11 September 2024 10:08

Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 26,5 faiz artıb

Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov Azərbaycanın bu ölkədəki səfiri Hüseyn Quliyev ilə görüş keçirib. Görüşdə tərəflər iki dövlətin işgüzar dairələri arasında tərəfdaşlıq əlaqələrinin qurulmasının və regionlararası əməkdaşlığın inkişafının vacibliyini qeyd ediblər.

“Caspian Energy Media” xəbər verir ki, bu barədə Özbəkistanın müvafiq nazirliyinin məlumatında deyilir.

Bildirilir ki, tərəflər iki dövlət başçıları arasında isti, etimad münasibətlərinə əsaslanan ticarət-iqtisadi və investisiya əlaqələrinin inkişafındakı müsbət dinamikanı alqışlayıblar.

Read 122 times

 

NEWS