Tuesday, 27 August 2024 10:29

Özbəkistan şirkəti Azərbaycanda pambıqçılıq klasteri yaradır

Özbəkistan şirkətinin Azərbaycanda pambıqçılıq klasteri layihəsinin icrasına başlanılıb.

“Caspian Energy Media” “Report”a istinadən xəbər verir ki, bu məqsədlə Özbəkistan şirkəti “Tukımachı Sanoat Tekstıl” MMC-nin Azərbaycanda təsis etdiyi "TST Textile Group” MMC-yə İmişli rayonunda 5 min hektar torpaq sahəsi ayrılıb.

Bununla yanaşı, Füzulidə 100 hektar ərazidə “Özbəkistan-Azərbaycan Dostluq Bağları” layihəsi icra ediləcək. Özbəkistan tərəfindən “Uzgreenagro” LLC (MMC) və Azərbaycan “Zəfər Bağları” MMC-nin birgə təsis etməyi planlaşdırdığı “Özbəkistan-Azərbaycan Dostluq Bağları” MMC tərəfindən həyata keçiriləcək. Layihəyə 5 milyon manatadək vəsaitin investisiya olunması nəzərdə tutulur. Bu vəsaitin 50 %-ini Özbəkistan, 50 %-ini Azərbaycan yatıracaq.

 

Read 317 times

 

NEWS