Rusiya hökuməti “Ulyanovsk – Bakı - Astara (İran)” birbaşa yük blok qatarının marşrutunu təsdiqləyib.
“Caspian Energy Media” “Report”a istinadla xəbər verir ki, bunu Ulyanovsk vilayətinin qubernatoru Aleksey Russkix bildirib.
Onun sözlərinə görə, qatarın işə salınması Bakıya səfəri zamanı Azərbaycanın Baş Naziri Əli Əsədovla əldə etdiyi razılaşmaların, o cümlədən Rusiyanın Bakıdakı səfirliyi, Ticarət Nümayəndəliyi və Sənaye və Ticarət Nazirliyinin dəstəyi ilə iki ölkənin dəmir yolu idarələrinin əlaqələndirilmiş işinin nəticəsidir.