Tuesday, 13 August 2024 11:15

SOCAR qazma işlərini 14 faizdən çox artırıb

Cari ilin ikinci rübündə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən 21,6 min metr qazma işləri həyata keçirilib. Qazma işləri ötən ilin analoji dövrü ilə müqayisədə 14,7% artıb. Şirkətin müstəqil şəkildə və ya əsas payçı qismində istismar etdiyi yataqlardan 1,9 milyon ton neft, 1,8 milyard kubmetr qaz hasil olunub. Ölkə üzrə qaz hasilatı 2023-cü illə müqayisədə təxminən 5,2% artaraq, ikinci rüb üzrə 12,5 milyard kubmetr təşkil edib. Ümumilikdə isə, cari ilin ikinci rübü üzrə Azərbaycanda 7,2 milyon ton xam neft hasil olunub.

Caspian Energy Media SOCAR-ın cari ilin ikinci rübünə dair qazma, hasilat, emal və ixrac göstəricilərinə istinadla xəbər verir ki, SOCAR tərəfindən xarici bazarlara ixrac edilən neft həcmləri təxminən 4,2 milyon ton təşkil edib. Cari ilin ikinci rübündə SOCAR tərəfindən 1,5 milyon tondan çox neft, 862 milyon kubmetrdən çox qaz emal edilib.

Daha ətraflı

Read 370 times

 

NEWS