Monday, 05 August 2024 10:33

AFFA təmsilçisi Çempionlar Liqası oyununa təyinat alıb

Azərbaycanın UEFA nümayəndəsi Orxan Hüseynzadə yeni təyinat alıb.

Caspian Energy Media AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində avqustun 7-də keçiriləcək “Slaviya” (Çexiya) – “Union” (Belçika) görüşünün UEFA nümayəndəsi olacaq.

Praqa şəhərində yerləşən “Eden Arena”da keçiriləcək matçı almaniyalı baş hakim Tobias Stieler idarə edəcək.

Read 450 times

 

NEWS