Thursday, 01 August 2024 14:25

Rusiya şirkəti Azərbaycanda insulin istehsalına başlayacaq

2025-ci ildə Rusiyanın “Gerofarm” şirkəti Azərbaycanda insulin istehsalına başlayacaq. Bu barədə Rusiyanın Azərbaycandakı ticarət nümayəndəsi Ruslan Mirsayapov məlumat verib.

Caspian Energy Media xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycan Respublikasındakı ticarət nümayəndəsi Ruslan Mirsayapov "Izvestiya"ya məlumat verib.

Onun sözlərinə görə, istehsalın lokalizasiyası preparatları pasiyentlər üçün daha əlçatan edəcək.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın “R-Farm” şirkətlər qrupunun Azərbaycanda yerləşən əczaçılıq kompleksi şəkərli diabetin ağırlaşmalarının qarşısının alınması üçün preparatın ilk partiyasını buraxdığını elan edib. Beş illik müqavilənin şərtlərinə əsasən, zavod ildə təxminən 1 milyon qutu istehsal edəcək.

 

Read 428 times

 

NEWS