Wednesday, 24 July 2024 10:13

"Atletiko"nun müdafiəçisi "Trabzonspor"a keçdi

“Atletiko Madrid”in müdafiəçisi Stefan Saviç isə yeni mövsümdə Türkiyə Superliqasında çıxış edəcək.

Caspian Energy Media “İdmantv”yə istinadla xəbər verir ki, 33 yaşlı monteneqrolu futbolçu “Trabzonspor”la 2027-ci ilin iyun ayına qədər müqavilə imzalayıb. Qeyd edək ki, Saviç 2015-ci ildən “Atletiko”nun heyətində çıxış edir. O bu müddət ərzində Madrid klubu ilə İspaniya çempionu, UEFA Avropa Liqası və UEFA Superkubolunun qalibi olub. Ötən mövsüm Dieqo Simeonenin komandasının heyətində 32 görüşdə meydana çıxan təcrübəli müdafiəçi nə qol, nə də məhsuldar ötürmə ilə yadda qalıb.

Read 138 times

 

NEWS