Monday, 22 July 2024 14:21

Taxıl sahələrinin 90 faizində biçin yekunlaşıb

Respublikada taxıl biçini prosesi yekunlaşmaq üzrədir. Kənd Təsərrüfatı Nazirliyində taxıl biçinin təşkili ilə bağlı yaradılmış operativ qərargahın məlumatına görə, iyulun 22-dək ölkə üzrə payızlıq taxıl sahələrinin 90 faizində biçin prosesi başa çatıb. Mexanizatorlar tərəfindən 907 845 hektar sahədə biçin aparılıb, sahələrdən ümumilikdə 2 795 112 ton məhsul yığılıb. Hazırda taxıl üzrə orta məhsuldarlıq 30,8 sentner təşkil edir.

Caspian Energy Media kənd təsərrüfatı nazirliyinə istinadla xəbər verir ki, biçin prosesinin optimal müddətdə başa çatacağı gözlənilir.

Daha ətraflı

Read 144 times

 

NEWS