Thursday, 18 July 2024 12:36

Azərbaycanın xarici ticarətinin müsbət saldosu 2,4 dəfə azalıb

2024-cü ilin ilk yarısında (yanvar-iyun) Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 21 milyard 768 milyon 181 min ABŞ dolları təşkil edib.

Caspian Energy Media Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, o cümlədən, ixrac əməliyyatları üzrə 12 milyard 900 milyon 980 min ABŞ dolları, idxal əməliyyatları üzrə 8 milyard 867 milyon 201 min ABŞ dolları ticarət qeydə alınıb. Müsbət saldo 4 milyard 33 milyon 778 min ABŞ dolları təşkil edib.

Müqayisə üçün qeyd edək ki, 2023-cü ilin ilk yarısında (yanvar-iyun) Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 26 milyard 166 milyon 413 min ABŞ dolları, ixrac 17 milyard 967 milyon 953 min ABŞ dolları, idxal  8 milyard 198 milyon 460 min ABŞ dolları, müsbət saldo 9 milyard 769 milyon 492 min ABŞ dolları olmuşdu.

Read 406 times

 

NEWS