Thursday, 04 July 2024 17:28

Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq

6-7 iyul tarixlərində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən paytaxtda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq.

Caspian Energy Media kənd təsərrüfatı nazirliyinə istinadən xəbər verir ki, müxtəlif regionlardan əvvəlcədən qeydiyyatdan keçən fermerlər burada yerli kənd təsərrüfatı və qida məhsullarını satışa çıxaracaqlar. Yarmarkada ümumilikdə 20-dək regiondan 40-a yaxın fermerin iştirakı gözlənilir. Fermerlər 100-ə yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirəcəklər.

 “Kənddən Şəhərə” yarmarkalarında iştirak etmək istəyən fermerlər +994 50 400 88 99 çağrı mərkəzi ilə əlaqə saxlaya və ya yarmarkanın sosial şəbəkə hesabları üzərindən müraciət edə bilərlər.

Daha ətraflı

Read 30 times

 

NEWS