Thursday, 04 July 2024 12:20

Azərbaycanı Koreyadakı beynəlxalq yarışda təmsil edəcək parataekvondoçular müəyyənləşib

Azərbaycanı Koreya Açıq Beynəlxalq Turnirində təmsil edəcək parataekvondoçular müəyyənləşib.

Caspian Energy Media Azərbaycan Milli Paralimpiya Komitəsinə istinadən xəbər verir ki, Cənubi Koreyanın Çxunçxon şəhərində keçiriləcək yarışa Sabir Zeynalov (58 kq), İmaməddin Xəlilov (70 kq) və Əbülfəz Abuzərli (80 kq) yollanacaq.

Read 223 times

 

NEWS