Wednesday, 03 July 2024 11:35

Bakıda Dayanıqlı inkişaf naminə dövlət-özəl tərəfdaşlıq sammiti işə başlayıb

“29 İqlim Söhbəti: COP29-a gedən yol” təşəbbüsü çərçivəsində BMT-nin Azərbaycandakı nümayəndəliyi və “PwC Azərbaycan” şirkəti “Dayanıqlı inkişaf naminə dövlət-özəl tərəfdaşlığı” mövzusunda ikigünlük ekoloji, sosial və idarəetmə (ESG) sammiti təşkil edib.

Caspian Energy Media “Report”-a istinadən xəbər verir ki, sammit iki gün davam edəcək.

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev sammit iştirakçılarına videomüraciət edib.

Nazir vurğulayıb ki, COP29-a sədrlik bizə bütün tərəflər üçün vacib olan digər məsələlərə diqqət yetirməyə imkan verəcək: “Bunlara biomüxtəliflik, dayanıqlı kənd təsərrüfatı, su ehtiyatları, elm, texnologiya və innovasiya, davamlı urbanizasiya və s. məsələlər daxildir”.

Read 274 times

 

NEWS