Tuesday, 02 July 2024 17:54

Azərkosmosun dəstəyi ilə ərsəyə gəlmiş film təqdim olundu

Park Bulvar Ticarət Mərkəzində fəaliyyət göstərən Tusi-Bohm Planetariumunda Azərkosmosun dəstəyi ilə ərsəyə gəlmiş, “Dəyərli Planetimizi Qoruyaq” (Preserving Our Precious Planet) filminin təqdimatı baş tutub.

Caspian Energy Media Azərkosmosa istinadən xəbər verir ki, təqdimat mərasimində Azərkosmosun İdarə Heyətinin sədri Saməddin Əsədov, investor-sahibkar Tahir Gözəl, fəxri qonaq qismində Türkiyənin ilk astronavtı, hərbi pilot Alper Gezeravcı və digər qonaqlar iştirak ediblər.

Xatırladırıq ki, sözügedən film növbəti üç il ərzində Tusi-Bohm Planetariumunda nümayiş olunacaq.

Daha ətraflı

Read 36 times

 

NEWS