Wednesday, 05 June 2024 14:34

FCHAIN Corporation CEO Breakfast-ın sponsoru olub

Financial Chain Corporation 7 iyun tarixində keçiriləcək CEO Breakfast-ın sponsoru olub. Bu barədə Caspian Energy Club-ın Sədri və Qrupun Baş İcraçı Direktoru Telman Əliyev bildirib.

Financial Chain Corporation hüquq, mühasibatlıq, vergi, audit, insan resursları, 1C və digər sahələr üzrə xidmət təqdim edən qlobal konsaltinq şirkətidir. 2002-ci ildən fəaliyyət göstərən Financial Chain Corporation şirkətinin hazırda 15 ölkədə filialı mövcuddur ki, bu siyahıda Azərbaycan, Türkiyə, Çexiya, Gürcüstan, Almaniya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Malta, Sinqapur, Tacikistan, Ukrayna, Rusiya, Belarus, Polşa kimi ölkələr yer alır. Yüksək keyfiyyətli xidmət təqdim edən Financial Chain Corporation konsaltinq sektorunun lideridir.

FCHAIN həmçinin Caspian Energy Club-ın Platinum üzvüdür, FCHAIN-nin İdarəedici Tərəfdaşı Zaur Qədirov Caspian Energy Club Czechia-nın sədridir.

Read 65 times Last modified on Thursday, 06 June 2024 13:48

 

NEWS