Thursday, 06 June 2024 16:56

Caspel MMC ölkənin kibertəhlükəsizlik sahəsində keçirilmiş önəmli tədbirində fəal iştirak edib

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş “III Milli Kibertəhlükəsizlik Forumu” baş tutub.

Caspel şirkətinin “Qızıl sponsor” olduğu Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının təşkilatçılığı ilə 01.05.2024-cü il tarixində keçirilmiş forumun əsas məqsədi kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə verən qurum, təşkilat və şirkətlərin, eləcə də tərəfdaş ölkələrin nümayəndələri və ekspertləri ilə birgə müzakirələrin həyata keçirilməsidir.

350 nəfərdən çox mütəxəssisin iştirak etdiyi Forum çərçivəsində kibertəhlükəsizlik sahəsi üzrə müvafiq yerli və xarici qurum, təşkilat və şirkətlərin rəhbər vəzifəli şəxslərinin, eləcə də mütəxəssislərin çıxışları dinlənilib.

Habelə, “Azərbaycan Respublikasının kibertəhlükəsizlik ekosistemi”, “Kritik informasiya infrastrukturunun təhlükəsizliyinə dair Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin təcrübəsi”, “Kibertəhlükəsizlik sahəsində beynəlxalq əməkdaşlıq”, “Kibertəhlükəsizlik üzrə təhsil və insan resursları” və “Kiberdiaspora” adlı panellərdə müzakirələr baş tutub.

Forumda AKTA-nın “Qızıl sponsoru” kimi Caspel şirkəti də özünün stendi ilə iştirak edib. Stenddə şirkətin kibertəhlükəsizlik sahəsində geniş spektr xidmətlərini əks etdirən video çarx nümayiş etdirilib, iştirakçılara məlumat xarakterli kağız daşıcıyılar təqdim edilib. Həmçinin, qonaqlara Caspel MMC adına promo məhsullar da hədiyyə olaraq verilib.

Bundan əlavə təşkilatçılar tərəfindən Caspel MMC tədbirə verdiyi töhvələrə görə, eləcə də tədbirdə “Qızıl sponsor” olduğuna görə təşəkkürnamə ilə təltif edilib.

2005-ci ildə ölkənin ilk İKT inteqratorlarından biri kimi yaradılmış Caspel şirkəti 20 ilə yaxın fəaliyyətində yüksək ixtisaslı komanda, eləcə də peşəkar texniki baza sayəsində dövlət, neft-qaz, bank, təhsil, səhiyyə və digər sahələrdə çoxlu sayda uğurlu layihələrə uğurla imza atmaqdadır. Şirkətin əsas fəaliyyət istiqamətləri sistem inteqrasiyası, şəbəkə həlləri, biznes proseslərinin avtomatlaşdırılması, eləcə də İKT monitorinq və konsaltinq kimi sahələri əhatə edir.

Kibertəhlükəsizlik sahəsində şirkət poçt trafikinin müdafiəsi, veb-səhifələrin müdafiəsi, istifadəçi məkanlarının müdafiəsi, kiberhücumların aşkar edilməsi və məlumatlara icazəsiz müdaxilənin qarşısının alınması (PAM), kritik infrastrukturun müdafiəsi, informasiya təhlükəsizliyinin monitorinqi, məlumat axınının monitorinqi (DLP), informasiya təhlükəsizliyi üzrə insidentlərin araşdırlması və analitikası kimi xidmətlər təqdim edir.

Read 545 times Last modified on Thursday, 06 June 2024 13:29

 

NEWS