Tuesday, 04 June 2024 14:46

Bağçam uşaq bağçaları şəbəkəsi və Language Clubhouse şirkətinin nümayəndələri arasında görüş keçirilib

Mayın 31-də Bağçam uşaq bağçaları və Language Clubhouse şirkətlərinin nümayəndələri arasında görüş keçirilib. Bu barədə Bağçam uşaq bağçaları şəbkəsinin əməliyyat direktoru Xalidə Rzayeva bildirib.

Görüş Caspian Energy Club-ın təşkilatçılığı ilə Finlandiyanın paytaxtı Helsinki şəhərinə işgüzar səfər çərçivəsində baş tutub. Görüşün əsas məqsədi iki şirkət arasında gələcək əməkdaşlığın inkişafı və faydalı əlaqələrin genişlənməsi olub.

Bağçam uşaq bağçaları şəbkəsinin əsas məqsədi ekoloji təmiz mühitdə uşaqların fiziki, psixoloji, həmçinin intellektual inkişafını təmin edəcək tədris proqramlarını tətbiq etmək, onları təbiətlərindən ayırmadan sağlam və intellektual gələcək nəsil formalaşdırmaqdır.

Language Clubhouse uşaqlara mənşəyindən və yaşayış yerindən asılı olmayaraq evdə və Məktəbəqədər təhsil müəssisələrində ingilis dilini ikinci dil kimi əyləncəli və oynaq şəkildə öyrənəsini təmin edir.

Qeyd edək ki, bu görüşlər LEF Network Azerbaijan proqramı çərçivəsində mütəmadi olaraq keçirilməsi gözlənilir.

Read 86 times Last modified on Tuesday, 04 June 2024 12:14

 

NEWS