Tuesday, 04 June 2024 14:57

Linguist və Language Clubhouse nümayəndələri arasında görüş keçirilib

Mayın 31-də Linguist və Language Clubhouse nümayəndələri arasında görüş keçirilib. Bu barədə Linguist şirkətinin icraçı direktoru Nəzrin Məmmədova bildirib.

Görüş Caspian Energy Club-ın təşkilatçılığı ilə Finlandiyanın paytaxtı Helsinki şəhərinə işgüzar səfər çərçivəsində baş tutub.

“Bu həftə yeni işbirliyi gözlənilir. Belə ki, Language Clubhouse-un müəllimləri bizim tələbələrə conversation formatında dərslər keçəcəklər. Eyni zamanda tələbələr üçün daha maraqlı və səmərəli olması üçün conversation-larda həm də Language Clubhouse-un tələbələrinin iştirakı da gözlənilir.”- Linguist şirkətinin icraçı direktoru Nəzrin Məmmədova bildirib.

Linguist Dil Mərkəzi təhsil sahəsindəki boşluğu doldurmaq üçün 2010-cu ilin yanvarında quruldu. İlkin olaraq Linguist tərcümə sahəsində fəaliyyətə başlamış, 2 il sonra isə işini genişləndirərək korporativ müştərilərinə ilk ingilis dili kurslarını da təqdim etmişdir. Bu vaxtdan etibarən Linguist həm tərcümə, həm də dil tədrisi sahələrində fəaliyyət göstərir.

Language Clubhouse uşaqlara mənşəyindən və yaşayış yerindən asılı olmayaraq evdə və Məktəbəqədər təhsil müəssisələrində ingilis dilini ikinci dil kimi əyləncəli və oynaq şəkildə öyrənmələrini təmin edir.

Qeyd edək ki, bu görüşlər LEF Network Azerbaijan proqramı çərçivəsində mütəmadi olaraq keçirilməsi gözlənilir.

Read 91 times

 

NEWS