Monday, 03 June 2024 15:36

Linguist və Satakunta Tətbiqi Elmlər Universitetinin nümayəndələri arasında görüş keçirilib

Mayın 31-də Linguist və Satakunta Tətbiqi Elmlər Universitetinin (SAMK) nümayəndələri arasında görüş keçirilib. Bu barədə Linguist şirkətinin icraçı direktoru Nəzrin  Məmmədova bildirib.

Görüş Caspian Energy Club-ın təşkilatçılığı ilə Finlandiyanın paytaxtı Helsinki şəhərinə işgüzar səfər çərçivəsində baş tutub. Görüşün əsas məqsədi iki şirkət arasında gələcək əməkdaşlığın inkişafı və faydalı əlaqələrin genişlənməsi olub.

Linguist Dil Mərkəzi təhsil sahəsindəki boşluğu doldurmaq üçün 2010-cu ilin yanvarında  quruldu. İlkin olaraq Linguist tərcümə sahəsində fəaliyyətə başlamış, 2 il sonra isə işini genişləndirərək korporativ müştərilərinə ilk ingilis dili kurslarını da təqdim etmişdir. Bu vaxtdan etibarən Linguist həm tərcümə, həm də dil tədrisi sahələrində fəaliyyət göstərir.

Finlandiyanın qərb sahilində fəaliyyət göstərən SAMK 7400-dən çox tələbə və 600-ə yaxın işçisi olan çoxşaxəli beynəlxalq ali təhsil müəssisəsidir.

Qeyd edək ki, bu görüşlər LEF Network Azerbaijan proqramı çərçivəsində mütəmadi olaraq keçirilməsi gözlənilir.

Read 110 times Last modified on Monday, 03 June 2024 11:39

 

NEWS