Monday, 03 June 2024 15:34

iCloud Academy və Helmi Learning şirkətlərinin nümayəndələri arasında görüş keçirilib

Mayın 31-də iCloud Academy və Helmi Learning şirkətlərinin nümayəndələri arasında görüş keçirilib. Bu barədə Icloud Academy-nin təsisçisi və direktoru Tutu Məcidova bildirib.

Görüş Caspian Energy Club-ın təşkilatçılığı ilə Finlandiyanın paytaxtı Helsinki şəhərinə işgüzar səfər çərçivəsində baş tutub. Görüşün əsas məqsədi iki şirkət arasında gələcək əməkdaşlığın inkişafı və faydalı əlaqələrin genişlənməsi olub.

İnnovativ dil akademiyası olan iCloud academy xarici dilləri özünəməxsus metodlarla tədris edib,dil öyrənmək istəyən insanların bacarıqlarını inkişaf etdirir. Akademiyada peşəkar,uzun müddətli pedaqoji təcrübəsi olan müəllimlər fəaliyyət göstərir. Rus dili mütəxəssisi olan Tutu Məcidova tərəfindən 2023 cü ildə təsis edilmişdir.

Helmi Learning tədris planının və müəllim hazırlığının əsası uşaqların tədris prosesində fəal iştirak etmək hüququ, bərabərlik və davamlı həyat tərzidir. Həmçinin bütün tədris planları Finlandiyanın ECEC milli əsas tədris planına əsaslanır.

Qeyd edək ki, bu görüşlər LEF Network Azerbaijan proqramı çərçivəsində mütəmadi olaraq keçirilməsi gözlənilir.

Read 118 times Last modified on Tuesday, 04 June 2024 12:18

 

NEWS