Monday, 03 June 2024 15:23

StudyLab və Finest Future şirkətlərinin nümayəndələri arasında görüş keçirilib

Mayın 31-də StudyLab və Finest Future şirkətlərinin nümayəndələri arasında görüş keçirilib. Bu barədə StudyLab-ın xaricdə təhsil üzrə nümayəndəsi Hüseyn Məmmədzadə bildirib.

Görüş Caspian Energy Club-ın təşkilatçılığı ilə Finlandiyanın paytaxtı Helsinki şəhərinə işgüzar səfər çərçivəsində baş tutub. Görüşün əsas məqsədi iki şirkət arasında gələcək əməkdaşlığın inkişafı və faydalı əlaqələrin genişlənməsi olub.

StudyLab Təhsil və İnkişaf Mərkəzi XXI əsrdə insanın əsas məqsədini səmərəlilikdə, yəni inkişaf etməkdə, öyrənməkdə və imkanlarını maksimum dərəcədə artırmaqda görən və buna inanan peşəkar təlimçilər və iş adamları tərəfindən 2019-cu ildə yaradılmışdır.

Finest Future bir çox cəhətdən gənclərə Finlandiya məktəb sisteminə uyğunlaşmağa kömək edir. Eyni zamanda gənclərin rahat və maneəsiz təhsil alması üçün dil təlimi verir.

Qeyd edək ki, bu görüşlər LEF Network Azerbaijan proqramı çərçivəsində mütəmadi olaraq keçirilməsi gözlənilir.

Read 102 times Last modified on Monday, 03 June 2024 11:36

 

NEWS