Friday, 31 May 2024 18:13

STP Şirkətlər Qrupu Beynəlxalq Xəzər Neft və Qaz sərgisində iştirak edəcək

4-6 iyun tarixlərində Bakı Ekspo Mərkəzində baş tutacaq sərgidə STP Şirkətlər Qrupuna  daxil olan STP Polymer, SOCAR STP və Global Cable şirkətləri iştirak edəcək. Bu barədə Caspian Energy Media-ya STP Şirkətlər Qrupundan bildirilib.

Sərgidə 3 gün ərzində müxtəlif təyinatlı borular, fitinqlər, təzyiqli su və qaz boruları, koruge, drenaj, damcılı suvarma boruları, müxtəlif kabel nümunələri, dizel generatoru, ödəmə və növbə terminalları kimi məhsulların nümunələri 2C232 nömrəli stenddə ziyarətçilər üçün sərgilənəcək.

STP Şirkətlər Qrupunun təqdim etdiyi məhsul və xidmətlərlə bağlı ətraflı məlumatı *0990  Məlumat Mərkəzinə zəng edərək, şirkətin rəsmi internet səhifəsini (www.stp.az)  və ya sosial şəbəkələrdə mövcud səhifələrini izləyərək əldə edə bilərsiniz.

Read 133 times Last modified on Thursday, 06 June 2024 08:08

 

NEWS